DİQQƏT: “Əsgərlərimizə daha çox bu yardımları edək!” – Deputatdan çağırışbackend

DİQQƏT: “Əsgərlərimizə daha çox bu yardımları edək!” – Deputatdan çağırış

“Bu gün hər kəs ön cəbhəyə yardım etməyə çalışır”.

Bunu KONKRET.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, bir vətəndaşın sosial şəbəkələrdə yardım çağırışlara yüzlərlə vətəndaşlar qoşulur. Vətəndaşlar yardımlar toplayıb, cəbhə bölgəsinə gedirlər. Həmçinin böyük şirkətlər, sahibkarlar Silahlı Qüvvələrə Yardım Fonduna yardımlar edirlər. Bunlar görülən yardımlardır. Digər tərəfdən də ictimailəşdirilmədən edilən yardımlar var. Bu gün hamının bir olması vacibdir. Cəbhə bölgəsinin sakinləridə boş dayanmır. Kimin gücü nəyə çatırsa, əlindən gələni əsirgəmir”.

Deputat söyləyib ki, hazırda ölkəmizdə yüksək vətənpərvərlik, birlik ab-havası var: “Hər bir vətəndaş çalışır ki, cəbhəyə yollansın. Bundan əlavə arxa cəbhədə də orduya dəstək aksiyası gedir. Müdafiə Nazirliyi dəfələrlə bildirsə də, yardıma ehtiyac yoxdur, xalq yenə öz əlindən gələni əsirgəmir. Qeyd edim ki, ordumuzda ərzaq cəhətdən qıtlıq yoxdur. Amma vətəndaşlarımızı da anlayıram. İnsanlarımız ordumuza dəstək olmaq istəyir. Yaxşı olar ki, vətəndaşlarımız cəbhəyə qida əvvəzinə isti əlcək, papaq, qalın corab və digər geyimlər göndərsinlər. Çünki bu gün ordumuz yüksək səviyyə ilə qida ilə təmin olunur. Hava birdən-birə soyuyur. Nəzərə alsaq ki, Murov soyuq olan ərazidir. Burda həqiqətən isti əlcəyə, papağa və geyimə ehtiyac var. Bu baxımdan düşünürəm ki, ordumuza kömək etmək istəyən vətəndaşlarımız pərakəndə şəkildə deyil, Müdafiə Nazirliyi tərəfindən qeyd edilən nömrələrə əlaqə saxlayaraq öz yardım edə bilərlər”.

Deputat vurğulayıb ki, bu gün xalq-ordu birliyi yüksək səviyyədədir: “Təbii ki, bu Xalq-Ordu-Dövlət birliyi qürürverici haldır. Bütün dünya bu birlik qarşısında aciz qalacaq. İndi dünya görür ki, Azərbaycan xalqı nəyə qadirdir. Xalqımıza müraciət edərək bildirəm ki, ordumuza ehtiyac duyulanlar göndərilsin. Xalqımızın birliyinə görə hər bir vətəndaşa minnətdarlığımı bildirirəm”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*