backend

Donald Tusk Rusiyanı "Avropanın strateji problemi" adlandırdı

KONKRET.az “Financial Times” a istinadən xəbər verir ki, Avropa Şurasının hazırkı rəhbəri Donald Tusk Rusiyanı “Avropanın strateji tərəfdaşı” hesab etmir.

“Mən demək olar ki, hər həftə Aİ-nin digər rəhbərlərinə Rusiyanın bizim strateji tərəfdaşımız deyil, strateji problemimiz olduğunu açıq şəkildə xatırlatmalı oldum. Hətta bu mövzuya çox diqqət etdiyim üçün məni manyak adlandırdılar”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Avropa Şurasının rəhbəri kimi əsas məqsədlərindən biri “Kremlin təcavüzkar siyasəti” nin qarşısını aldığı Avropa Birliyini qorumaq idi.

O, Rusiyaya qarşı sərt mövqeyini düzgün hesab etdiyini vurğulayıb və “sanksiyalar tətbiq etməyin faydalarını” da qeyd edib.

Dekabrın 1-də Tusk Avropa Şurası Prezidentinin rəhbəri kürsüsünü tərk edəcək, yerinə Belçikanın hazırkı Baş naziri Şarl Mişel gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*