Dördqat SSRİ çempionu vəfat etdibackend

Dördqat SSRİ çempionu vəfat etdi

Ukraynanın “Dinamo” (Kiyev) komandasının heyətində dördqat SSRİ çempionu olmuş veteran futbolçu Vasili Turyançik dünyasını dəyişib.

KONKRET.az Kiyev təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş müdafiəçi 86 yaşında vəfat edib.

Paytaxt təmsilçisi Turyançikin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Vasili Turyançik 1961, 1966, 1967 və 1968-ci illərdə SSRİ çempionatının qalibi olub, iki dəfə isə ölkə kubokunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*