Dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini AÇIQLADIbackend

Dövlət başçısı Zəngəzur dəhlizinin əhəmiyyətini AÇIQLADI

Azərbaycan, Türkiyə, Rusiya və İran regional əməkdaşlıqda eyni yanaşmanı nümayiş etdirir.

KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında regionda kommunikasiyaların açılmasından danışarkən deyib.

“Bu əməkdaşlığın üstünlükləri var. Ermənistanın hazırda Rusiya və İranla dəmir yolu əlaqəsi yoxdur. Əgər reallaşsa, Ermənistan Rusiya və İranla, eləcə də Türkiyə ilə dəmir yolu əlaqəsi üçün keçid əldə edəcək”, – deyə İlham Əliyev qeyd edib.

O bildirib ki, Azərbaycanın da Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ilə yeni dəmir yolu əlaqəsi yaranacaq.

“Bizim onsuz da Türkiyə ilə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə əlaqəsi var”, – deyə Prezident əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*