Dövlət Komitəsində struktur dəyişikliyi oldu, yeni sektor və şöbə yaradıldıbackend

Dövlət Komitəsində struktur dəyişikliyi oldu, yeni sektor və şöbə yaradıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində struktur dəyişikliyi olub.

KONKRET.az xəbər verir ki, qurumdan verilən məlumata görə, Komitənin Təhlil və proqnozlaşdırma şöbəsi sektora çevrilib.

Sektora Tural Əliyev müdir təyin olunub.

Bundan əlavə, Komitədə yeni Dini təhsil şöbəsi yaradılıb. Şöbəyə keçmiş Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova müdir təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*