Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi – Prezidentdən FƏRMANbackend

Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verildi - Prezidentdən FƏRMAN

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmanla Dövlət Vergi Xidmətinə yeni səlahiyyət verilib.

Dəyişikliyə əsasən, Əsasnaməyə aşağıdakı məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilib:

Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək.

Qeyd edək ki, Əsasnamənin 3-cü maddəsi Dövlət Vergi Xidmətinin vəzifələri ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*