“DQR“i tanıyıb Azərbaycanı fakt qarşısında qoya bilərlər“ – REAL sədrindən ŞOK PROQNOZbackend

“DQR“i tanıyıb Azərbaycanı fakt qarşısında qoya bilərlər“ - REAL sədrindən ŞOK PROQNOZ

“Ermənistandan qovulan vətəndaşların yaratdığı və “mühacirətdə hökumət” adlandırdığı qurumlarla Azərbaycan özünün Xarici İşlər Nazirliyi səviyyəsində və dövlətin digər səviyyələrində açıq təmaslara başlamalıdır – rəsmi İrəvan hələ də “DQR” ilə bu cür təmasda olduğu kimi”.

KONKRET.az xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. Siyasətçinin sözlərinə görə, şərqli-qərbli bir sıra nüfuzlu dövlətin davranışlarına baxıb belə bir ehtimal qura bilərik ki, o qədər də uzaq olmayan perspektivdə onlar eyni anda, bir yerdə və gözlənilmədən “DQR”i tanıyıb Azərbaycanı fakt qarşısında qoya bilərlər:

“2008-ci ilin fevralında Kosovonun bir həftə içində kütləvi tanınması ssenarisi bu dəfə gizli beynəlxalq əlaqələndirmə nəticəsində Qarabağın dağlıq hissəsinə də aid edilsə, buna verə biləcəyimiz ən təsirli cavab Zəngəzurun dövlətini, hökumətini, ordusunu, rəmzlərini tanımaqdır. Ən azından buna hərtərəfli hazır olmağımız, sözügedən dövlətləri belə əməldən çəkindirə bilər.

Ermənistanın əsrlər boyu dostu, Türkiyənin strateji rəqibi, Azərbaycanı isə tarixi təsadüf hesab edən o dövlətlərin adlarını hazırda çəkmək istəmirəm. Prezident Əliyevin bir neçə dəfə Qərbi Zəngəzur haqda çıxışlar etməsi yetərli deyil. Rəsmi təmasların başlanılması həmin çıxışlardan daha faydalı və təsirli olardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*