DTX 175 milyon manatdan çox pulu büdcə nəfinə ödətdiribbackend

DTX 175 milyon manatdan çox pulu büdcə nəfinə ödətdirib

“Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ümumilikdə 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıb, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub”.

KONKRET.az xəbər verir ki, bu barədə DTX rəisi general-polkovnik Əli Nağıyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilib.

“DTX-da icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin olunub” , – deyə Əli Nağıyev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*