DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdibackend

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmişlər.

KONKRET.az bildirir ki, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmışlar.

Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*