Mərkəzi Böyük Brtitaniyanın paytaxtı Londonda yerləşən “Oksford Ekonomiks”in Asiya İqtisadiyyatının rəhbəri Lui Kujis bildirib ki, ABŞ və Çin arasındakı ticarət müharibələri Asiya ölkələrini iqtisadi tənəzzülə sürükləyir. Onun bu açıqlaması dünyada böyük əks-səda yaradıb. Konkret.az xəbər verir ki, “Oksford Ekonomiks” tərəfindən edilən şərhdə Kujis vurğulayıb ki, Asiya dövlətləri iqtisadiyyatının inkişaf templəri çox aşağı düşüb. Çinə inteqrasiya edən Hong Kong və Sinqapur kimi kiçik iqtisadiyyatlar tənəzzül riski altındadır.
ABŞ və Çin arasındakı ticarət müharibələrinin digər kiçik Asiya iqtisadiyyatlarına mənfi təsir etdiyini vurğulayan Lui Kujis qeyd edib ki, Çinlə ticarət bu kiçik iqtisadiyyatların yüksələn xətlə inkişafı üçün olduqca əhəmiyyətlidir.
Dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinin bu ilin ikinci rübündə 6,2 faiz böyüdüyünü xatırladan Kujis diqqətə çatdırıb ki, bu rəqəmlər həmin ölkənin statistik tarixində1990-cı ildən bəri ən aşağı göstəricidir.
Beynəlxalq biznes mühitinə ciddi mənfi təsir edən ABŞ və Çin arasında tətbiq olunan tariflərdəki dəyişiklik deyil, qeyri-müəyyənlikdir. Qlobal olaraq qeyri-müəyyənlik narahatlığın əsas səbəbidir.
LEYLA