Dünya liderlərindən Rusiyaya Ukrayna ilə bağlı MÜHÜM ÇAĞIRIŞbackend

Dünya liderlərindən Rusiyaya Ukrayna ilə bağlı MÜHÜM ÇAĞIRIŞ

“Qoşunlarını Ukraynadan çıxar və humanitar dəhlizlərin fəaliyyətini təmin et”.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu, ABŞ Prezidenti Co Bayden, Fransa dövlət başçısı Emmenuel Makron, Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Boris Conson və onun italiyalı həmkarı Mario Draqinin Rusiyaya ünvanladığı müraciətdə bildirilir.

Xatırladaq ki, Rusiya fevralın 24-dən Ukraynaya müharibə elan edib. Müharibə başlayan ilk gündən Ukraynanın böyük şəhərləri mühasirəyə alınıb. Lakin Rusiya uğur əldə edə bilməyib. Tərəflərin nümayəndə heyətləri münaqişənin həlli üçün bir neçə dəfə görüşlər keçirib. Yalnız dünən- 29 mart İstanbul görüşündən sonra müəyyən razılıqlar əldə olunub. Rusiya nümayəndə heyətinin üzvü və Putinin köməkçisi Vladimir Medinski Ukraynanın Avropa İttifaqına qoşulmasına qarşı olmadıqlarını və Ukraynanın Donbasla Krımı hərb yolu ilə qaytarmaqdan vaz keçdiyini, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak isə Krım məsələsinin həllinin yalnız siyasi və diplomatik yolla ola biləcəyini bildirib. İki tərəf bir-birinə təkliflər verib. Rusiya isə görüşdən sonra qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*