2 il bundan əvvəl İŞİD terror qruplaşmasının işğalından azad edilən İraqın Mosul şəhərində polisin xüsusi təyinatlı dəstəsinin keçirdiyi əməliyyat nəticəsində İŞİD-in önəmli adamlarından olan Əbdülbari ləqəbi ilə tanınan Şəfa əl Nima tutulub.
KONKRET.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkil edilən əməliyyat nəticəsində Mosulun şərqində yerləşən Mansur məhəlləsində tapılan Əbdülbari 150 kq olduğu üçün polis maşınına yerləşməyib.
Nəticədə İraq hüquq-mühafizə orqanları terroristi yük maşını ilə aparmalı olublar.
SİA
