Dünya tikan üstündədir: Yeni müharibə qapıdadır… Çin güc tətbiq etməyə eyham vururbackend

Dünya tikan üstündədir: Yeni müharibə qapıdadır... Çin güc tətbiq etməyə eyham vurur

Beynəlxalq ictimai rəy İsrailin Fələstinə hücumları və Rusiya ilə Ukrayna arasındakı müharibəyə yönəldiyi halda, Asiyada gərginlik artır.

KONKRET.az xəbər verir ki, Çin və Tayvan arasında mühaibə vəziyyəti yaranıb. Çinin müdafiə naziri Dong Jun qatıldığı konfransda Çin və Tayvan arasındakı “müstəqillik” böhranı ilə bağlı çox açıq mesajlar verib.

Sinqapurda keçirilən “Şanqri-La” Dialoq Müdafiə Konfransında açıqlama verən Dong Jun Tayvanla sülh yolu ilə yenidən birləşmənin Çinin məqsədi olduğunu, lakin buna nail olunmazsa, güc tətbiq ediləcəyini bildirib.

Dong Jun həmçinin bəyan edib ki, Tayvan separatçıları və xarici güclər bu prosesə zərər verirlər.

Demokratik şəkildə idarə olunan və heç vaxt Çin Kommunist Xalq Respublikası tərəfindən idarə olunmayan Tayvan Çin üçün əsas məsələlərin özəyidir. Dong Tayvanın hakim Demokratik Tərəqqi Partiyasını tədricən separatizmi davam etdirməkdə və Çin kimliyini silmək üçün işləməkdə, Tayvan liderlərini fanatik bəyanatlar verməkdə ittiham edib. “Onlar tarixin utanc sütununa mıxlanacaqlar. Çin Xalq Azadlıq Ordusu həmişə vətənin birləşməsini müdafiə edən sarsılmaz və qüdrətli bir qüvvə olub və Tayvanın müstəqilliyinin qarşısını almaq və heç vaxt uğur qazanmamasını təmin etmək üçün həmişə qətiyyətli və güclü hərəkət edəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*