Dünyaca məşhur şirkətin yaradıcısı öldü – “Dünya heç kimə qalmayacaq”backend

Dünyaca məşhur şirkətin yaradıcısı öldü - "Dünya heç kimə qalmayacaq"

Cənubi Koreyanın Lotte Group şirkətinin qurucusu və fəxri rəhbəri Sin Kyok-ho uzun sürən xəstəlikdən sonra bazar günü 97 yaşında vəfat edib.

KONKTRET.az xəbər verir ki, bu barədə korporasiyanın idarə heyəti məlumat verib.

Qeyd edək ki, 1940-cı illərin sonlarında saqqız istehsalçısı kimi fəaliyyətə başlayan Lotte hazırda Cənubi Koreyanın ən böyük beş şirkətindən biridir. Pərakəndə və otel biznesi ilə məşğul olan şirkət əyləncə və kimya sənayesində də böyük oyunçudur.

Sin Kyok Ho 1922-ci ildə Koreya yarımadasında anadan olub. 1941-ci ildə Yaponiyaya köçüb, yeddi il sonra Lotte şirkətini qurub. 1967-ci ildə işinin bir hissəsini Cənubi Koreyaya köçürüb, əvvəlcə istehsal olunan ərzaq məhsullarının çeşidini, daha sonra fəaliyyətini digər sahələrdə genişləndirib.

2017-ci ildə Sin Kyok Ho şirkətin vəsaitlərinin mənimsənilməsi və digər qanun pozuntularında ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib və 3,5 milyard von (3 milyon dollar) cərimə olunub. Lakin məhkəmə iş adamının səhhətini nəzərə alaraq onu həbs etməyib.

Hal-hazırda şirkətlər qrupunu oğlu idarə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*