Dünyanın ən böyük çəhrayı almazı Anqolada tapıldı – FOTObackend

Dünyanın ən böyük çəhrayı almazı Anqolada tapıldı - FOTO

Avstraliyanın “Lucapa Diamond” şirkəti Anqolanın şimal-şərqindəki Lulo mədənində son 300 ildə kəşf edilən ən böyük (170 karatlıq) çəhrayı almazı tapıb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Anqolanın Mineral Ehtiyatlar Naziri Diamantino Azevedo bildirib:

“Lulodan tapılan bu möhtəşəm çəhrayı almaz Anqolanı dünya səhnəsində mühüm oyunçu kimi göstərəcək”.

Bildirilir ki, Anqola dövlətinə məxsus almaz ölkənin ticarət firması olan “Sodiam” tərəfindən keçiriləcək beynəlxalq tenderlə satışa çıxarılacaq.

Qeyd edək ki, 2017-ci ildə Honq-Konqda hərraca çıxarılan 59,6 karatlıq “Çəhrayı Ulduz” almazı 71,2 milyon dollara satılıb. Bu indiyə qədər satılan ən bahalı çəhrayı almaz kimi tanınır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*