Qida mədəniyyətini araşdıran “TasteAtlas” 2024-cü ilin ən yaxşı 100 yeməyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Kolumbiyadan olan “lechona” birinci yeri tutub, İtaliyanın “Neapol” pizzası və Braziliyanın “pikanha” yeməyi isə ikinci və üçüncü pillədə qərarlaşıb.
Türk mətbəxindən “Çökertme” kababı 7-ci, Cağ kababı isə 9-cu sırada yer alıb. Bundan əlavə, İsgəndər kabab (26-cı yer), quzu şiş kabab (28-ci yer) və Adana kababı (47-ci yer) da siyahıya daxil edilib.
Bu reytinq qlobal qastronomiya mədəniyyətinin müxtəlifliyini əks etdirir və ənənəvi reseptlərin populyarlığını vurğulayır.