Dünyanın gözü Berlindəbackend

Dünyanın gözü Berlində

Berlində Liviya böhranı ilə bağlı beynəlxalq konfrans başlayıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, konfransda 10 dövlət və hökumət başçısı iştirak edir.

Konfransda BMT Baş Katibi Antoniu Quterriş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel MakronÖ Böyük Britaniyanın Baş Naziri Bris Conson, ABŞ Dövlət katibi Maykl Pompeo, Əlcəzair, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Çin nümayəndələri iştirak edirlər. Berlinə Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərrac, Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar  dəvət edilib.

Əsas razılaşma konfransın yekun sənədində əksini tapacaq. Mətbuata sızan layihəyə əsasən, atəşkəsin təmin edilməsi ilə bağlı nəzarət mexanizmi yaradılacaq, Liviyaya silah satışı qadağan olunacaq, ölkədə siyasi proses başlayacaq, ordunun ölkəyə nəzarəti təmin ediləcək, iqtisadi islahatlar həyata keçiriləcək, humanitar yardım hüququna riayət ediləcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*