Dünyanın yeganə albinos pandası Çindəki qoruqda tapılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Sıçuan əyalətində yerləşən Volun Milli Təbiət Qoruğu nəhəng albinos pandanın görüntülərini yayımlayıb.
Məlumata görə, görüntülər fevral ayında çəkilib.
Qeyd edək ki, 2021-ci ildə Çin pandaların nəsli kəsilmək təhlükəsi olmadığını açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
