Düşmən Ağdamda 56 yaşlı kişini yaraladı – RƏSMİbackend

Düşmən Ağdamda 56 yaşlı kişini yaraladı - RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, saat 12 radələrində Ağdam rayonu, Çəmənli kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1964-cü il təvəllüdlü Soltanov Saleh Eldar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evinə isə ciddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*