“Donetsk və Luqansk vilayətlərində son sutkada düşmənin 7 hücumu dəf edilib”.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyanın 2 zirehli texnikasını, 43 avtomobil və 1 minaatanını, SU-34, SU-35 və İl-22 təyyarələri, bir helikopter və iki qanadlı raketini məhv edib.
Nazirlik bildirib ki, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi hərbçilərin gizli səfərbər edilməsi tədbirlərinə başlayıb. Namizədlərin seçilməsində döyüş təcrübəsi olan şəxslərə üstünlük verilir.
Səfərbərlik Krasnodar diyarı, Perm diyarı, Dağıstan, İnquşetiya və Kalmıkiya respublikalarından olan hərbçiləri əhatə edir. Rusiya hərbi rəhbərliyi hərbçiləri müharibəyə maddiyat və Ukraynadan talançılıq yolu ilə ələ keçirəcəkləri qənimətlə cəlb etməyə çalışırlar.
Rusiya səfərbərlik zamanı 60 min əsgərin toplanacağına ümid edir.
Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin qırxıncı günüdür.
Vəsilə İbrahim,
KONKRET.az
