Düşməni məhv edən əsgərlərimiz: “Hamımızda ruh yüksəkliyi var”backend

Düşməni məhv edən əsgərlərimiz: "Hamımızda ruh yüksəkliyi var"

Cəbhədə ağır döyüşlər davam edir.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Əməkdaşımız cəbhə boyu gərgin döyüşlərdə xidmət aparan əsgərlərimizlə söhbətləşib. Onlar ruh yüksəkliyi ilə döyüşdüklərini bildirirlər: “Hər birimizdə ruh yüksəkliyi var. Döyüşçü kimi düşmənlərimizi məhv edib, torpaqlarımızı azad etmək istəyirik”.

“Allah Ali Baş Komandanımıza uzun ömür, can sağlığı versin. İnşallah onun səyləri nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik”, – əsgər Amil Əliyev qeyd edib.

Əsgərlərimiz cəbhə bölgəsindən ailə üzvlərinə və Azərbaycan xalqına salam göndəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*