Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün iki namizəd müəyyənləşdirdibackend

Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün iki namizəd müəyyənləşdirdi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası feyr-pley mükafatı üçün hələlik iki namizəd müəyyənləşdirib.

KONKRET.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova (55 kq) bu mükafata namizəddir.

Qadın güləşçi Elnurə Məmmədova Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatında qalib gələndən sonra zədələnmiş rəqibini çiynində döşəkcədən kənara çıxarıb. Bu da ədalət prinsipinin ən yüksək amillərindən biridir.

Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa “Marsel”i ilə Bakıda keçirilmiş cavab görüşündə “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*