“Nikol xaindir!” yazısı səhv bir mətndir. “Nikol istedadsızdır!” Bu isə doğru mətndir. Yəni oynamalı olduğu rolla o uyğun gəlmir. Və bu rola uyğun olmayan bir çox səhvləri etdi. Və nəticədə biz əlimizdə qalanlarla barışmaq məcburiyyətində qaldıq”
KONKRET.az xəbər verir ki, bu fikirləri “Maariflənmiş Ermənistan” partiyasının lideri və eyni adlı parlament fraksiyasının rəhbəri Edmon Marukyan erməni nəşri olan VERELQ.am-a müsahibəsində səsləndirib. Marukyan həmçinin Rusiya prezidenti Vladimir Putinin 17 noyabr çıxışını Ermənistana dəstək kimi qiymətləndirmir. “Düşünmürəm. Baxmayaraq ki, səlahiyyətlilər onları dəstək kimi təqdim etməyə çalışırlar. Ancaq bu müsahibələrdə mövcud hökumətin yalan danışdığı çoxsaylı epizodları ortaya çıxdı”.
Manukyan ötən gün Baş nazir Nikol Paşinyan tərəfindən yayımlanan Ermənistanın böhrandan çıxması üçün yol xəritəsindən də danışıb.
“Bu, gücün sükanı arxasında qalma cəhdidir, bacarmayacağı ehtirasları altı ay boyunca sakitləşdirmək cəhdidir”.
Partiya sədri vəziyyətdən çıxış yolunu da deyib: “İctimai razılaşma ilə, bütün qüvvələrin konsensusu ilə keçid hökuməti başçısının namizədliyi müəyyənləşdirilməli və bundan sonra keçid hökuməti qurulmalıdır”.
Surxay Atakişiyev,
KONKRET.az