Əfqanıstanın paytaxtı Kabilin Saray Şahzadə məhəlləsində yerləşən valyutadəyişmə mərkəzində terror aktı törədilib.
KONKRET.az Aamaj News-a istinadən xəbər verir ki, görə onlarla şəxs terror hücümunun qurbanı olub.
Hazırda ölən və yaralıların sayı dəqiqləşdirilir.
Hadisə şahidlərinin məlumatına görə, hücumu həyata keçirən şəxs valyutadəyişmə mərkəzinin qarşısındakı sıxlığı fürsət bilərək insanlar tərəfə əl qumbarası atıb.
