“Əfqanıstanı Ukrayna ilə əvəz etməyə çalışırlar” – Lavrov Qərbi TƏNQİD ETDİbackend

"Əfqanıstanı Ukrayna ilə əvəz etməyə çalışırlar” - Lavrov Qərbi TƏNQİD ETDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə səfəri çərçivəsində pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə görüşüb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, S.Lavrov Qərbin Ukrayna ilə bağlı planlarından danışıb: “Əfqanıstanı dünya siyasətinin mərkəzinə çevirməyə cəhd edənlər indi onu Ukrayna ilə əvəz etməyə çalışırlar”.

Qeyd edək ki, S.Lavrov Çinin Tunsi şəhərində işgüzar səfərdədir. O, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*