Əfqanıstanın yeni səfiri Bakıya gəldibackend

Əfqanıstanın yeni səfiri Bakıya gəldi

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

KONKRET.az xəbər verir ki, o, bu təyinatadək Əfqanıstan Xarici İşlər Nazirliyinin İdarə rəisi vəzifəsində çalışıb.

Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. Bununla yanaşı, ölkəsinin Malayziya, Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*