Əfv sərəncamının icrasına başlanılıb – YENİLƏNİBbackend

Əfv sərəncamının icrasına başlanılıb - YENİLƏNİB

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

KONKRET.az xəbər verir ki, məhbusların cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən 3 nəfər azadlığa buraxılıb. Onlardan 2-si Əfqanıstan, 1-i isə Rusiya vətəndaşıdır.

***

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

KONKRET.az xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsindən dörd nəfər azadlığa buraxılıb.

***

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.

KONKRET.az xəbər verir ki, Sərəncam 154 nəfərə şamil edilib.

Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub.

52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib.

Bundan əlavə, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin elektron qolbaq cəzası yarıya salınıb.

Həmçinin islah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Qeyd edək ki, budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*