Əhali bu səbəbdən evlərini tərk edirbackend

Əhali bu səbəbdən evlərini tərk edir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Son iki ildə Türkmənistanın Lebap əyalətinin kəndlərinin sakinləri ağ qarışqaların hücumundan əziyyət çəkirlər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, böcək və ağ qarışqalar gil və xam kərpicdən tikilmiş evləri və təsərrüfat binalarını məhv edir.

Sakinlər ayda iki dəfə mənzillərinə su və dizel yanacağı qarışığı ilə dərman püskürtməklə  termitlərdən qurtulmağa çalışırlar, amma bu kömək etmir. Bir çox insanlar evlərini tərk ediblər.

Həşəratların işğalı Arık Ayak, Bay Xalqı, Peste, Çilan kənd təsərrüfatı birliyi və Çoxbetde kəndlərinə də təsir edib.

Yerli sakinlər bildirir ki, termitlər əvvəlcə qəbiristanlıqlarda görünür, sonra yaxın yaşayış məntəqələrinə hücum edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*