Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü – FOTOLARbackend

Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR

Bu gün Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüş keçirib.
KONKRET.az xəbər verir ki, noyabrın 12-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.

Görüş zamanı Əhməd İsmayılov ölkədə gənclərin inkişafı istiqamətində görülən işlərdən, könüllülük hərəkatının müxtəlif sahələrə verdiyi töhfələrdən və yaratdığı müsbət nəticələrdən, media sahəsində kadr potensialının artırılmasından, gənclərin müasir media mühitinin tələblərinə uyğun bilik və bacaraqlara yiyələnməsinin əhəmiyyətindən danışıb. O, gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib.

Görüş struktur bölmə rəhbərləri və könüllülər arasında müzakirə ilə davam edib.

Qeyd edək ki, MEDİA könüllüləri proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*