Əhmədlə bağlı təhlükəsizlik tədbiri: Xəstəxanaya köçürüldübackend

Əhmədlə bağlı təhlükəsizlik tədbiri: Xəstəxanaya köçürüldü

İkisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov xüsusi tibb müəssisəsinə yerləşdirilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında belə qərar qəbul edib.

Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə etap edilib.

Təkrar ekspertiza rəyinə əsasən, Əhmədin hadisəni anlaqsız vəziyyətdə törətdiyi təsdiqini tapıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.

Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə qədər Ə.Əhmədov haqda xüsusi tibb müəssisəsinə yerləşdirmə təhlükəsizlik tədbiri qüvvədə qalacaq. Həmin vaxtdan sonra Əhmədovun gələcək taleyinə aydınlıq gətiriləcək.

Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur. (Qafqazinfo)

 

  • Nizami Bayramov
    May 25, 2024 - 19:23

    Ə. Əhmədov haqqında belə qərara gəlmiş “həkimlərə” day sözümüz yoxdur.. Amansız bir qatilin hərəkətlərinə “anlamazllq” yapışfıran bu rüşvətxorlara bir arzum var, kaş sabah Əhməd sənin ailə üzvlərinizlə belə “anlaşıqsız” görüş keçirsin və özünüz o zaman ona hansı diaqnozu qoyacaqsınız! İki məntəqədə 5 nəfərin həyatına xüsusi amansızlıqla son qoyan bu Çikatilo necə olar ki, “anlaşıqsız” olsun? sizin adekvat həkimlər olmanız çoooox şübhə yaradır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*