Əksər valyutalar dollar qarşısında ciddi şəkildə dəyər itirir – AÇIQLAMAbackend

Əksər valyutalar dollar qarşısında ciddi şəkildə dəyər itirir – AÇIQLAMA 

Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin yekunları üzrə maliyyə nəticələri açıqlanıb.

Məlumata görə, AMB-nin 2021-ci il üzrə cəmi məcmu zərəri 201,724 mln manat təşkil edib. Lakin bu ilin martın 1-nə olan göstəricilərə əsasən AMB-nin valyuta ehtiyatları 7 milyard 158 milyon dollar təşkil edib ki, bu da fevral ayının eyni dövrü ilə müqayisədə 85,3 milyon dollar çoxdur.

Bəs bu artım və ya azalmanın səbəbi nədir? Belə davam edərsə AMB üçün hansı risklər formalaşır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını iqtisadçı ekspert Eldəniz Əmirov cavablandırıb. O bildirib ki, alternativ valyutalarda saxlanılan ehtiyatlar müəyyən dövr üçün dəyər qazanır və ya dəyər itirir:

“Cari ilin aprel ayına olan statistik göstəricilərə baxsaq görərik ki, Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 85 milyon dollar təşkil edib. Bu göstərici bir ay əvvəlki rəqəmlərlə müqayisədə 50 milyon dollar azdır. Yanvar ayında isə Mərkəzi Bankın valyuta ehtiyatları 85 milyon dollar artıb. Mərkəzi Bankın valyuta ehtiyatları bir neçə valyutada saxlanılır. Hazırda əksər valyutalar dollar qarşısında ciddi şəkildə dəyər itirir. Bu səbəbdən də alternativ valyutalarda saxlanılan ehtiyatlar müəyyən dövr üçün dəyər qazanır və ya dəyər itirir”.

İqtisadçı bildirib ki, məzənnə fərqləri valyuta ehtiyatlarının artmasına və ya azalmasına əsas təsir edən faktordur:

“Lakin bu proses uzun müddət eniş xətti ilə davam edə bilməz. Bir müddət sonra azalma stabilləşir və daha sonra artım olur. Ola bilsin bir neçə ay AMB-nin valyuta ehtiyatları azalsın. Lakin sonradan bu azalma yenidən artımla əvəz olunacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*