“Elə hadisələr baş verəcək ki, status ermənilərin heç yadına düşməyəcək” – Oleq Kuznetsovbackend

“Elə hadisələr baş verəcək ki, status ermənilərin heç yadına düşməyəcək” - Oleq Kuznetsov

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqlarda Qarabağdakı ermənilərin “status” mövzusu müzakirə olunmayacaq. Bəs ermənilər bunun əvəzində yeni hansı tələb irəli sürə bilərlər?

“Hazırda Ermənistanın siyasi, ideoloji, diplomatik, maddi-maliyyə, intelektual, insan baxımından resursları yoxdur ki, Azərbaycandan Qarabağ mövzusunda nəsə tələb etsin” deyən rusiyalı politoloq Oleq Kuznetsov Ermənistanın son ilki fəaliyyətini də dəyərləndirib.

Bütün atılan addımlar beynəlxalq arenada İravənanın simasını necəsə saxlamağa hesablanıb. 

KONKRET.az xəbər verir ki, Bizim.Media ilə müsahibə zamanı Rusiyanın tarixçi və qafqazşünası onu da bildirib ki, Azərbaycan hökuməti bütün potensial təhlükələri nəzərə alır və Bakının indi atdığı addımlar Ermənistanın gələcəkdə hansısa ərazi iddialarını mümkünsüzləşdirmək istiqamətindədir.

Buna görə də…

“Rəsmi Bakı sülh sazişinin bağlanmasında israrlıdır. Azərbaycanın dövlət sərhədləri ilə bağlı razılaşma üzrə işlərin tez başlamasını istəyir. Belə ki, Azərbaycan hökuməti Ermənistanla olan mübahisələri, narazılıqları problem kimi gələcək nəsillərə saxlamaq istəmir. Məqsəd 100 ildən çox mövcud olan Ermənistan-Azərbaycan konfliktini elə indi tamamlamaqdır. Bu o səbəbdən lazımdır ki, ötən ilki Qarabağ savaşında zəfər çalanların uşaqları bir daha bu problemi öz üzərlərində sınamasınlar.

Qarabağın erməni əhalisinin heç bir xüsusi statusu olmayacaq. Azərbaycandakı, Qarabağdakı erməni icması zamanla ancaq azalacaq.

Yeni doğulan ermənilər Azərbaycan cəmiyyəti tərəfindən assimilyasiya olunacaq. Yəni, azərbaycanlılara uyğunlaşacaq, xalqın dilini, mədəniyət və adətlərini mənimsəyəcək və bunun bir parçası olacaqlar. Nümunə kimi Azərbaycanın digər etnik icmalarını göstərmək olar: ruslar, ukraynalılar, talış, ləzgi və başqa milli azlıqlar var ki, hazırda özlərini azərbaycanlı (siyasi milliyyət) sayırlar. Bütün bunlar yaxın gələcəkdə erməni icmasını da gözləyir”.

Haşiyəyə çıxaraq qeyd edək ki, onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayır və onlar Azərbaycan cəmiyyətinə tam uyğunlaşıblar. Oleq Kuznetsovun sözünə əlavə olaraq qeyd edək ki, yeni doğulan ermənilərin də bu istiqamətdə problemi olmayacaq.

Bunu istəməyən ermənilərə gəlincə…

“Bununla razılaşmayanlar isə ya miqrasiya edəcək, ya da Azərbaycan cəmiyyətinin ciddi nəzarəti ilə əsri başa vuracaqlar. Yəni Azərbaycandakı ermənilərin xüsusi statusu ideyası bu ideyanı yaradanların nəsli ilə birgə öləcək. Düşünürəm ki, 10-15 ildən sonra nə vaxtsa status ideyasının olduğunu hər kəs unudacaq. Əlbəttə ki, kimlərsə kənardan bu haqda xatırlatmasalar”.

Oleq Kuznetsov fikrinin sonunda vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında mehriban qonşuluq əlaqələrinin qurulması, diplomatik əlaqələrin bərpası ilə başlayıb, sülh və dövlət sərhədi haqqında sazişin imzalanması ilə bitən proses regiona kənar müdaxilələr və “status” ideyasının qarşısına çəkilən hasar olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*