Elektronika mağazalarının bir çoxunda malların satışı zamanı aksesuar hissələri və yardımçı detalları ayrıca və əlavə ödəniş tələb ediləcək satılır. Məsələn, hansısa noutbuk alarkən, yanında idarəedici “siçan” və adapter verilmir və müştəri bunlar üçün əlavə ödəniş etməli olur. Eyni hal bir sıra mobil smartfon modelləri üçün də keçərlidir.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə bu barədə hansısa bir maddə öz əksini tapmayıb:
“Qanunvericilikdə bu barədə heç bir maddə yoxdur. Əgər malın komplektləşdirilməsində bu siyahı varsa, əlbəttə bu zaman vətəndaşın hansısa aksesuar və detalı tələb etmək hüququ var. Əks halda satıcı onu müstəqil sata bilər. Qanunvericilikdə çoxsaylı boşluqlar var və onlardan biri budur ki, satılan məhsulun kompekt hissəsi tam göstərilmir”.