Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi – FOTObackend

Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə “Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Əldə etdiyimiz son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

KONKRET.az xəbər verir ki, Sfera.Az-ın Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə, Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.

Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan “Türkiyə qəzeti”nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?

Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.

  • Zamina Elturan
    Sentyabr 15, 2020 - 12:20

    Bəs bu İstanbulda xəstəxanada yatırdı?Özünü jurnalistlərə çox yaxın göstərən bu adamın yəqin bu yöndə də məqsədi varmış.Səhv etmirəmsə,no.komment saytında bunun guya İstanbulda xəstəxanada müalicə alması ilə bağlı sənədlər sərgilənmişdi.Fotoşop olmasaydı,həkimin və bu xəstənin telefon nömrələri olan hissə ağ rənglə rənglənməzdi.Ən azından həkimlə əlaqə saxlamağa imkan verərdi və həkimin nömrəsi yazılan yer açıq görünərdi.İndi də sorağı başqa ölkədən gəlir.Həbsqabağı istirahətdədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*