“Əli Həsənovun cinayətlərinin qarşılığında söz acizdir” – Sabiq deputatbackend

"Əli Həsənovun cinayətlərinin qarşılığında söz acizdir" - Sabiq deputat

Eldar Sabiroğlu

Əli Həsənovun özünün və ailəsinin etdiyi cinayətlərin qarşılığında doğrudan söz acizdir. Kanal 13-də Elçin Rahimzadənin təqdimatını dinlədikcə dəhşətə gəlirdim. Elçin inciməsin. Əvvəl-əvvəl mənə elə gəldi ki, nağıl danışır. Sonra anlamağa başladım ki, o, nağıl yox, günümüzün çox acı reallığı barədə həyacan təbili çalır. Jurnalist faktlarla göstərir ki, yüksək vəzifəzinə arxalanaraq onun getmədiyi, əl qoymadığı elə bir çirkin iş olmayıb ki, ondan uzaqda dursun. Adam daha nələrlə məşğul olub? TV-yə baxsanız, o zaman görərsiniz ki, məşğul olmadığı bir iş qalıbmı ki? Hər yerə, hər deşiyə burnunu soxub. Özü cəhənnəmə, bütün ailəsini sürükləyib cinayətin bataqlığına. İdeoloq sözün əsl mənasında böyük cinayət şəbəkəsi yaradıbmış.

İqtidarın təbliğat məsələlərinə cavabdeh olan şəxs vəzifə səlahiyyətini atıb bir tərəfə, yaxın ətrafını, qohum-əqrəbasını, tanış-bilişini başına yığaraq əməllicə dövləti sökməyə girişibmiş. Etibardan bu cür alçaqcasına istifadə edərək milyonlara sahiblənib. Əsl dönüklük budur. Lakin vaxtı ilə xoşlamadığı çox adama nahaqdan bu sözü yapışdıraraq evini başına uçurub. O, belə bir yaramaz tip idi. Hədər yerdən tənqid etmirdim. Hər dəfə də bundan sonra YAP-ın qəzetləri və Həsənovun özünün idarə etdiyi şəxsi trolları üzərimə şığıyır, ədəb-ərkan gözləmədən sərt ifadələr işlədirdilər.

Bu saxtakar və xain mənim və Rüfətin barəsində rəhbərlikdə mənfi fikir formalaşdırmaqdan ötrü dəridən-qabıqdan çıxırmış. Onun bu fitnə-fəsadları da Rüfətin həbsə göndərilməsinə təsirsiz ötüşməyib. Keçmiş müstəntiqin şərlənərək 9 il həbslə cəzalandırılmasının sevincini yaşamaq ona axıradək nəsib olmadı. Əli Həsənov və digər o niyyətdə olanlar hər vəchlə dövlət başçısına təsir etməyə çalışırdılar ki, Rüfət azadlığa buraxılmasın. Ancaq bacara bilmədilər. Prezident riyakarların yalan və qərəzli məlumatlarını onların saralmış sifətlərinə çırpıb Rüfəti haqq etdiyi azadlığına qovuşdurdu.

Burda deyiblər etmə, edərlər!!! Əgər Əli Həsənovun cinayətləri məhkəmə istintaqının predmetinə çevrilərsə, ÖMÜRLÜK alnına indidən yazılıb. Həhayət, dostları KANAL13-ə baxmağa dəvət edirəm. O zaman Həsənov və ailəsinin hansı əməllərdən çıxdığını yerli-yataqlı öyrənəcəksiniz. Amma son olaraq gözlərimin gəzdiyi və tapa bilmədiyi bir məqama bölüşmək istərdim. Hanı o Həsənovçular? Alov püskürürdülər. İndi dillərini içəri çəkib dayanıblar. Yekə-yekə qırıldadardılar. Siçan deşiyini satın alanlardan birinin də səsi çıxmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*