Əliyevin dediyi kimidir, gorbagor oldu – Zöhrabyanbackend

Əliyevin dediyi kimidir, gorbagor oldu - Zöhrabyan

14 oktyabr da müharibəni dayandırmaq üçün imkan var idi.

KONKRET.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasından olan Ermənistan parlamentinin üzvü Naira Zohrabyan Feysbuk səhifəsində yazıb.

“14 oktyabr da müharibəni dayandırmaq üçün imkan var idi. 14 oktyabrda itkilərimizin sayı rəsmi məlumatlara görə 800-ü keçmirdi. Oktyabrın 14-də ikinci mərhələdə Qarabağın statusu məsələsini həll etmək imkanı da olmuşdu.Nikol Paşinyan da bu təklifi pis Lavrov planı hesab edərək rədd etdi.

İndi Qarabağın 75 faizini itirdik, minlərlə qurban, minlərlə itkin düşən, minlərlə əlil və minlərlə deportasiya olunanımız var.

Qarabağın statusu məsələsi isə, Artsrun Ovannisyanın söz ehtiyatından istifadə etsək, Əliyev dediyi kimi, “görbagör” oldu. Bax belə”, – deyə siyasətçi yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*