Elşad Miraləmə yüksək vəzifə verildibackend

Elşad Miraləmə yüksək vəzifə verildi

Elşad Mircavad oğlu Miraləm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az-a komitədən bildirilib.

Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.

Əlavə edək ki, Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. O əmək fəaliyyətinə jurnalist kimi başlayıb.

Belə ki, o, 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini; 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini; 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri işləyib.

2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb.

2018–2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.

2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir, 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi olub.

2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

O, ölkə Prezidntinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*