Elton Con ukraynalıya görə çıxışını yarıda kəsdi – VİDEObackend

Elton Con ukraynalıya görə çıxışını yarıda kəsdi - VİDEO

Britaniyalı əfsanəvi müğənni, pianoçu və bəstəkar Elton Con karyerasını başa vurması ilə bağlı vida turu çərçivəsində Bristolda konsert verib.

KONKRET.az xəbər verir ki, konsert zamanı maraqlı hadisə yaşanıb.

Minlərlə pərəstişkarı qarşısında çıxış edən müğənni izdihamın içərisində əlində Ukrayna bayrağı olan bir ukraynalını görüb.

Bu zaman ulduz musiqiçi royalda ifasını dayandırıb və sözügedən pərəstişkarına tərəf dönüb. Bununla yanaşı, Elton Con izdihamı həmin ukraynalıya baxmağa və Ukrayna bayrağının fotosunu çəkməyə çağırıb. İzdiham Conun bu çağırışını alqışla qarşılayıb.

Bu anın görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*