Əməliyyat keçirildi – Silahlar aşkarlanıb götürüldübackend

Əməliyyat keçirildi - Silahlar aşkarlanıb götürüldü

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində iki silah aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Əliyev Cavid Əlihüseyn oğluna məxsus bir ədəd “TOZ-8M” markalı yivli tüfəng və 1 ədəd “Makarov” markalı pnevmatik tapança Sabirabad rayonu, Qaranuru kənd qəbiristanlığı ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*