backend

Endirim etmədiyi üçün dönərçini qətlə yetirdi - ANBAAN VİDEO

Dönərxana sahibinin bıçaqlanma anı kameraya düşüb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dönərxanaya gələn müştərinin restoranın icarədarı olan qadını bıçaqlaması məkana quraşdırılan təhlükəsizlik kamerasına düşüb.

Olay Türkiyənin Tekirdağ vilayətində baş verib. 36 yaşlı Recep Ö. Tekirdağın Kapaklı qəsəbəsində yerləşən restorana gələrək endirim olunmasını xahiş edib.

Dönərxananın 39 yaşlı sahibi Kader B. adlı qadın onun xahişini rədd edib. Bu zaman müştəri qadını bıçaqlayaraq ağır yaralayıb.

Qadın dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*