Entoni Blinken: “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir”backend

Entoni Blinken: “ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir”

ABŞ hələ də “vahid Çin” siyasətinə sadiqdir və Tayvana müstəqillik verilməsinin tərəfdarı deyil.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Kambocada keçirilən tədbirlərində çıxışı zamanı söyləyib.

“Bizim “vahid Çin” siyasətinə baxışımızda heç nə dəyişməyib. Biz heç bir tərəfin status-kvonu birtərəfli pozmasını istəmirik. Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, – deyə E.Blinken vurğulayıb.

Fikrinin tamamında E.Blinken əlavə edib ki, ABŞ Çin və Tayvan arasında olan ziddiyyətlərin məcburiyyət və güc vasitəsi ilə deyil, sülh yolu ilə həll edilməsində maraqlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*