Epşteynin cinsi istismara məruz qoyduğu qadınlara pul ödəniləcəkbackend

Epşteynin cinsi istismara məruz qoyduğu qadınlara pul ödəniləcək

Ceffri Epşteynin irsi fondu maliyyəçinin pedofiliyada ittiham olunan cinayətlərinin qurbanlarına 35 milyon dollara qədər kompensasiya ödəməyə razılaşıb.

KONKRET.az xəbər verir ki, vəsiyyətnamənin icraçıları vəkil Darren İndayk və mühasib Riçard Kan 1995-ci ildən 2019-cu ilin avqust ayınadək olan dövr üzrə təxminən 40 qadının qaldırdığı iddiaların qarşılanması barədə razılıq əldə ediblər.

Bu məbləğ daha əvvəl ödənilmiş 136 iddiaçıya 121 milyon dollar və 59 zərərçəkənə verilmiş 48 milyon dollarlıq kompensasiyalara əlavədir. İndayk və Kan Epşteynin cinayətlərində ittiham olunmayıblar və ödənişlər günahın etirafı kimi qiymətləndirilməyəcək.
Epşteynin ölüm anında sərvəti 600 milyon dollar dəyərində qiymətləndirilirdi. Vergilər, kompensasiyalar və hüquqi xərclər səbəbindən bu məbləğ hazırda 120 milyon dollara qədər azalıb.
Vəsaitin bir hissəsi Epşteynin yaxınlarına da çatıb. Bildirilir ki, onun rəfiqəsi Karina Şulyak ölümündən iki gün əvvəl 100 milyon dollar alıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*