“Ərazilərimiz hər gün, hər saat təmizlənir” – Millət vəkilibackend

"Ərazilərimiz hər gün, hər saat təmizlənir" - Millət vəkili

Xocalıdan olan millət vəkili Elman Məmmədov Qarabağ uğrunda döyüşən ordumuza və cəbhəyanı kəndlərdə yaşayan əhaliyə dəstəyini ifadə edib.

KONKRET.az xəbər verir ki, depuatın sözlərinə görə, cəbhəyanı kəndlərdə yaşayan əhalinin durumu haqqında ancaq rəsmi məlumatlara əsaslanıb fikir söyləmək mümkündür:

“Başqa mənbələrdən alınan məlumatlar əsas deyil. Biz də Müdafiə Nazirliyinin verdiyi açıqlamalara istinad edirik. Ordumuz əks-hücuma davam edir. Ərazilərimiz hər gün, hər saat təmizlənir. Ordumuz yüksək döyüş qabiliyyətinə malikdir. Əsgərlərimiz cəsarətlə, qəhrəmanlıqla döyüşür və düşməni darmadağın edir.  Xalqımız öz ordusuna güvənir, aralarında sarsılmaz bir bağ var. Ordumuz isə, onların arxasında həmişə müdrik, qəhrəman bir xalq durduğunu bilir. İnsanlarımız bütün vasitələr ilə – fikirləri, əməlləri, canı-qanı ilə ordumuza dəstək verir. Ali Baş Komandanımız, dövlətimiz, xalqımız və ordumuz arasındaki həmrəylik bizim gücümüzdür. Bu birlik hazırda Azərbaycanda mövcuddur və sarsılmazdır. Ona görə də ordumuz da, dövlətimiz də güclüdür və əminəm ki, biz qələbə çalacağıq!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*