Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək – Qasımibackend

Ərdəbildən Azərbaycana dəmir yol xətti çəkiləcək - Qasımi

Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.

KONKRET.az xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasımi deyib.

Prezident İbrahim Rəisi ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.

Rüstəm Qasımi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.

Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*