Ərdoğan “Başakşehir”in futbolçusu Veboya qarşı irqçi fikirləri qınadı – FOTObackend

Ərdoğan “Başakşehir”in futbolçusu Veboya qarşı irqçi fikirləri qınadı - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Başakşehir” texniki komandasından olan Pierre Veboya qarşı irqçi fikirlərə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Türkiyə lideri bu barədə “Twitter” hesabında paylaşım edib.

“Təmsilçimiz “Başakşehir” texniki komandasından Pierre Veboya qarşı edilən irqçi fikirləri qətiyyətlə qınayıram və UEFA tərəfindən lazımi addımların atılacağına inanıram.

İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq”, – deyə o qeyd edib.

Türkiyə prezidenti qeydini “Notoracism” (İrqçiliyə yox) həştəqi ilə bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*