Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd qoşunlarının İdlibdəki Türk qüvvələrini atəşə tutmasının əvəzini çıxacağını söyləyib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, Ərdoğan fevralın 12-də Türkiyənin Suriyaya qarşı yeni hərəkətləri barədə açıqlama verəcək.
Fevralın 10-da Suriya İdlibin şimalında türklərə məxsus bir müşahidə postuna atəş açıb, 5 türk əsgəri şəhid olub. Bundan əvvəl, fevralın 3-də, atışma zamanı daha 7 əsgər və bir mülki mütəxəssis həlak olmuşdu.
İdlibdə atəşkəs rejimi elan edilsə də Suriya qoşunları yaraqlıları məhv etmək üçün əməliyyat keçirir və hazırda ərazilərin yarısına nəzarət edir.
Babək Göyüş
KONKRET.az