Ərdoğan BMT tribunasından dünyaya SƏSLƏNDİ: “Azərbaycanın yanındayıq”backend

Ərdoğan BMT tribunasından dünyaya SƏSLƏNDİ: “Azərbaycanın yanındayıq

“Türkiyə azərbaycanlı qardaşlarının bundan sonra da yanında olacaq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı deyib.

“Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə regionda tarixi “pəncərə” açılıb. Türkiyə bölgədə sülh və sabitliyin bərqərar olması üçün çox mühüm addımlar atıb. Son günlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət bizim ümumi işimizə kölgə salsa da, inanırıq ki, iki ölkə arasında münasibətlər tezliklə normallaşacaq, hərtərəfli sülh sazişi imzalanacaq və regionda sülh bərpa olunacaq”.

Ərdoğan bölgədə nəqliyyat kommunikasiyalarının ən qısa zamanda açılmasının bütün maraqlı tərəflərin rifahına töhfə verəcəyini vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*