Ərdoğan İsrailə səfir TƏYİN ETDİbackend

Ərdoğan İsrailə səfir TƏYİN ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.

KONKRET.az xəbər verir ki, qərar “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.

2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*