Türkiyədə fevralın 1-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçiriləcək.
KONKRET.az xəbər verir ki, iclasda Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətləri, Yunanıstanla aparılan danışıqlar, Şərqi Aralıq, Qarabağ, Liviya və Suriya məsələləri müzakirə ediləcək.
