Ərdoğan Putinin Ankaraya səfəri ilə bağlı razılaşmanı təsdiqlədibackend

Ərdoğan Putinin Ankaraya səfəri ilə bağlı razılaşmanı təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Nazirlər Kabinetinin iclasının sonunda jurnalistlər dövlət başçısına Putinlə mümkün görüşlə bağlı sual veriblər və Rəcəb Tayyib Ərdoğan onun belə niyyətlərinin olduğunu bildirib.

Türkiyə prezidenti Vladimir Putinlə mütəmadi olaraq telefonla danışdığını qeyd edib. Ərdoğan görüşün dəqiq tarixinin hələlik məlum olmadığını vurğulayıb. Lakin Türkiyə prezidenti bunun yaxın vaxtlarda müəyyənləşəcəyinə ümid edir.

Xatırladaq ki, Kreml rəsmisi Dmitri Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın növbəti görüşdə hansı məsələləri müzakirə edəcəklərini açıqlamışdı. Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, gündəliyə ikitərəfli münasibətlər, regional məsələlər və Ukrayna münaqişəsi daxil olacaq.

Dmitri Peskov Qara dənizdə gəmiçiliklə bağlı razılaşma barədə xəbərlərə də reaksiya verib. Onun sözlərinə görə, Rusiya və Türkiyə çoxlu sayda müxtəlif mövzuları, o cümlədən Qara dənizlə bağlı məsələləri müzakirə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*